Əvvəlcə Ben sevgilisinin ona verdiyi doğum günü hədiyyəsini qəbul etmir, bu məsuliyyətin altına girə bilməyəcəyini deyərək, pişiyi özü ilə aparmasını istəyir. Lakin, sonra bu qərarında peşman olur və pişiyi yenidən evinə gətirir.

Maraqlıdır ki, bir müddət sonra cütlük ayrılır və Ben pişiyi özündə saxladığına görə sevinir.
Çılğın tələbə həyatı keçirən və çoxlu dostları ilə birlikdə yaşadığı yataqxanada səs-küylü əyləncə gecələrinin olmasına baxmayaraq, Balu sahibinin bu həyat tərzinə öyrəşir.

Səhərlər Balu küçəyə qaçaraq, sahibini sevindirmək üçün ona siçanlar, quşlar gətirirdi, lakin öldürmürdü. Həmin qurbanları isə gətirib Benin sinəsinə qoyurdu.
Bir gün Ben bundan bərk əsəbləşib, Baluya bir daha belə surprizlər etməməsini ondan tələb edir. Pişik Benə qulaq asır. Bundan sonra isə sahibinə budaqlar və yarpaqlar gətirməyə başlayır. Benin sözlərinə görə, o, həmin hədiyyələri qoruyub saxlayır. Balu hər dəfə əvvəlkindən daha fərqli yarpaqlar tapıb, gətirir. Pişiyin bu bacarığı Beni hər dəfə heyran edir.

AzNews.az