Avtomobil piyadanı vurdu

29 Yanvar 2018 09:57 (UTC+04:00)

"Report"un xəbərinə görə, 1998-ci il təvəllüdlü Səlimov Elşən Elşən oğlu Keşlə qəsəbəsində yolu keçərkən onu "Hyundai" markalı avtomobil vurub.

Yaralı sürücünün köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, xəsarət alan şəxsin vəziyyəti orta-ağır olduğundan o xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

AzNews.az