BƏƏ-də 4 mindən çox dron qeydə alınıb

29 Yanvar 2018 17:43 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadla xəbər verir ki, kampaniya pilotsuz uçuş aparatlarından icazəsiz istifadə hallarının 50 min dirhəm (13,7 min dollar) məbləğində cəzalandırılacağı barədə bu aparatların sahiblərini məlumatlandırmaq məqsədi daşıyır. BƏƏ Daxili İşlər Nazirliyindən bildiriblər ki, aeroportların 5 kilometr radiusunda, idman qurğuları üzərində və əhalinin sıx yaşadığı məhəllələrdə dronlardan istifadə qadağan edilib.

Bildirilir ki, məlumatlandırma kampaniyası start götürən vaxtdan pilotsuz uçuş aparatlarından istifadə ilə bağlı pozuntu halları bir neçə dəfə azalıb.