AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri millimizin futbolçusu Ruslan Abışov sabah Moldova ilə keçiriləcək matçdan öncə keçirilən mətbuat konfransında deyib.
Təcrübəli futbolçu qələbə qazanmaq üçün mübarizə aparacaqlarını bildirib:
“Qələbə qazanmaq üçün hər şey edəcəyik. Qələbə üçün sonadək yaxşı oynamalıyıq”.
- “Neftçi” yoldaşlıq matçında 1:8 hesabı ilə məğlub oldu. Psixoloji cəhətdən özünü necə hiss edirsən?
- Düzdür, klubla yığmanı qarışdırmaq istəməzdim. “Neftçi”nin böyükhesablı məğlubiyyəti təsadüfi nəticə idi. Sabahkı matçda ən yaxşı oyunumu sərgiləməyə çalışacağam.
- Qurban müəllim “Neftçi”nin futbolçuları ilə xüsusi söhbət edib?
- Yox, sadəcə, fiziki durumumuz barədə soruşdu. Bilirsiniz ki, ayın 27-si iki yoxlama oyunu oynamışdıq. Sırf sabahkı oyuna hazırlaşırıq.
- Moldova haqda hansı məlumatlara sahibsiniz?
- Rəqibi analiz etmişik. İnanıram ki, yaxşı çıxış edəcəyik.
- Sənin hansı mövqedə oynamağın ən çox müzakirə edilən mövzulardan biridir. Maraqlıdır, harda oynamaq sənə rahatdır?
- Əlbəttə, öz mövqeyimdə - müdafiənin mərkəzində oynayacam.
- “İnter”də oynadığın zaman çox məhsuldar idin, qollar vururdun. Yenidən bunu etmək fikrin varmı?
- Bir müddət millidə çıxış etmədim, səbəbini də hər kəs bilir. Bundan sonra millidə daim əsas heyətdə oynamaq istəyirəm. İmkan daxilində fərqlənməyə çalışacam.
- “Neftçi”də nələr baş verir?
- “Neftçi” barədə danışmaq istəmirəm. Klubdan da danışmağa icazə vermirlər.
- “Neftçi”nin indiki vəziyyəti çempionata start verməyə hazırdımı?
- Hər şeyi zaman göstərəcək.