“Bu xəstəliyin əmələ gəlməsinin səbəbi düzgün müalicənin aparılmamasıdır”

30 Yanvar 2018 13:33 (UTC+04:00)

“Report”un xəbərinə görə, bunu parlamentdə keçirilən “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycan Respublikasında vərəmlə mübarizə” mövzusunda dinləmədə Elmi-Tədqiqat Ağçiyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova deyib.

O bildirib ki, Avropanın ümumi göstəricilərində bu xəstliyin 2 faizi Azərbaycanın payına düşür: “Bu xəstəliyin əmələ gəlməsinin əsas səbəbi düzgün müalicənin aparılmamasıdır. Xəstələrin qeydiyyatdan kənar mülaciə olunması düzgüb deyil. Elə “həkim”lər var öhdəliklərini, andlarını pozurlar, düzgün müalicə aparmırlar. Çünki bu gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tamamilə yeni protokolları var, vərəmin diaqnozu və müalicəsi tamam başqa üsullarla aparılır”.

AzNews.az