AzNews.az Azərtac-a istinadən xəbər verir ki, RİA Novosti agentliyinin ştat polisinin nümayəndəsinə istinadla yaydığı məlumata görə, itkin düşənlərin axtarışı və xilas olunması istiqamətində əməliyyat davam etdirilir.
Xatırladaq ki, qəza ötən gün səhər baş verib. Karimpur-Malda reysi ilə hərəkət edən, içərisində 56 sərnişin olan avtobus körpünün üstündən çaya aşıb. İstintaqın ilkin versiyasına əsasən, sürücü pis görüntü səbəbindən idarəetməni itirib. Avtobus çaya düşdükdən sonra sərnişinlərin çoxu nəqliyyat vasitəsindən çıxa bilməyib.
Ölkə hökuməti həlak olanların qohumlarına 500 min rupi (təxminən 7,8 min dollar) məbləğində pul kompensasiyası ödənilməsi barədə tapşırıq verib.