Ağdamda avtomobil ağaca çırpılıb - 4 nəfər xəsarət alıb

30 Yanvar 2018 15:56 (UTC+04:00)

APA-nın xəbərinə görə, rayonun İmamqulubəyli kəndi ərazisində sürücünün idarəetməni itirməsi səbəbindən “VAZ 2106” markalı avtomobil yol kənarındakı meşə zolağında ağaclara çırpılıb.

Hadisə nəticəsində Ağdamın Mərzili kənd sakinləri - sürücü İsgəndər Abbasov, avtomobildə olan sərnişinlər Qənirə Abbasova, Suqurə Şərifova və 4 yaşlı Nigar Səmədli xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az