"Azərtac" “Khaleej Times” nəşrinə istinadla xəbər verir ki, BƏƏ milli kosmik proqramının bir hissəsi olan layihə 2020-ci ildə Əmirliyin Marsda missiyasının başlanması ilə bir vaxtda işə salınacaq. Səhiyyə Nazirliyinin nümayəndəsi Kulthum əl-Beluşi bildirib ki, kosmonavtlara kosmosda müalicə imkanları yaradılacaq və onlara göstərilən tibbi xidmətlərə nanotexnologiyaların köməyi ilə Yerdən nəzarət ediləcək.
AzNews.az