Öldü bilib məzarını qazdılar, o isə...

5 Fevral 2018 13:03 (UTC+04:00)

AzNews.Az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, 87 yaşlı Ələddin Ağbulud məzarını görüncə kədərləndiyini bildirib. Təxminən 6 ay əvvəl Ərzurumda bağırsağından əməliyyat edilən Ağbuludun oğlu atasının o yaşda çətin bir əməliyyatdan sağ çıxmayacağını düşünür və bir məzar qazdırır. Ancaq yaşlı kişi sağ qalır və məhəlləsinə qayıdır. Əsgərlik yoldaşının vəfatı ilə bağlı qəbristanlığa gedən Ağbulud öz məzarını görür.

Öz məzarının başında donub qalan qoca bundan çox kədərləndiyini açıqlayıb.