Italiyada əməliyyat - “Koza Nostra” mafiyası vuruldu

30 Yanvar 2018 16:53 (UTC+04:00)

Trend-in məlumatına görə, Kataniya şəhərində “Koza Nostra” mafiyasına qarşı keçirilən əməliyyatda Santanceli klanına mənsub 33 nəfər saxlanılıb.

Həmin şəxslər müxtəlif cinayət əməllərində, o cümlədən ekskavatorla bankomat oğurlamaqda şübhəli bilinir.

Bundan başqa, Siciliyanın Bageriya şəhərində mafiya ilə əlaqələr yaratmaqda ittiham olunan 6 nəfər saxlanılıb.

AzNews.az