Bunu Türkiyənin müdafiə naziri Nurəddin Canikli deyib. Nazir əlavə edib ki, əməliyyatlar zamanı müxalif “Azad Suriya Ordusu”nun 20 üzvü də həlak olub.
Ümumilikdə, yanvarın 20-dən bugünədək 649 terrorçu və 458 hədəf məhv edilib.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub(trend).