Binadan yıxılan fəhlə öldü

31 Yanvar 2018 11:13 (UTC+04:00)

“Report” xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Məlumata görə, “Fərəh” MTK-nın inşa etdirdiyi binada fəhlə işləyən Zahir Hüseynov yıxılaraq ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Lakin həkimlər Z.Hüseynovun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az