ANS Şeyx Əbdülü məhkəməyə çəkir

5 Mart 2013 15:36 (UTC+04:00)


Rejissor Əbdül Mahmudov "Moderin.az"-a açıqlamasında ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevi ağır ittiham edib: "Şah İsmayıl ruhundan uzaq bir adam bu yaşda Şah İsmayıl Xətai mövzusuna girişirsə, daha nə deyim, mən sadəcə söz tapmıram".

ANS telekanalının ictimai əlaqələr üzrə baş müşaviri Mais Məmmədov isə AzNews.az-a açıqlamasında belə bir bəyanatın yersiz olduğunu söylədi. O, Şeyx Əbdül Mahmudbəyovu məhkəmə kürsüsünə dəvət etdi: "Getsin versin məhkəməyə, vəssalam. Nə istəyir, desin də".

Bahar Rüstəmli
AzNews.az