Azərbaycanda 22 yaşlı qadın və 3 yaşlı oğlu itkin düşüb

5 Mart 2013 15:59 (UTC+04:00)
Azərbaycanda 22 yaşlı qadın və 3 yaşlı oğlu itkin düşüb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 2-də Gəncə şəhərinin F.Əliyev küçəsində yaşayan 1991-ci il təvəllüdlü Ayşən Əli qızı Axundova və onun oğlu, 2010-cu il təvəllüdlü Rza Rahim oğlu Feyzullayev yaşadıqları evi birgə tərk edib və bir daha geri qayıtmayıb.

A.Axundovanın əlamətləri belədir: boyu 152 sm, orta bədən ölçülü, saçları və gözləri qara rənglidir. Evdən çıxarkən əynində göy cins şalvar, göy sviter, ayağında ağ çəkmə olub. 3 yaşlı R.Feyzullayevin boyu 50 sm, saçı və gözlərinin rəngi qaradır. Evdən çıxarkən onun əynində qəhvəyi gödəkcə, göy cins şalvar, göy sviter, qəhvəyi ayaqqabı, ağ papaq olub.

İtkin düşmüş ana və onun 3 yaşlı oğlunu görənlərdən və bu barədə məlumatı olanlardan 022-256-07-73, 022-256-52-19 (Gəncə şəhəri) şəhər telefonlarına, həmçinin 0504611184 və ya 050337-58-50 mobil nömrələrinə zəng vurub bildirmələri xahiş olunur.

AzNews.az