Qaydaları pozan sərnişin sürücünü təhqir etdi - Bakıda + Video

31 Yanvar 2018 17:03 (UTC+04:00)

AzNews.az “BakuBus”a istinadən xəbər verir ki, dünən axşam baş vermiş hadisə "BakuBus"a məxsus 90JH-110 dövlət qeydiyat nişanlı 175 saylı marşrut avtobusunun sonuncu, Səməd Vurğun bağı dayanacağında baş verib. Sərnişin qaydaları pozaraq ödəniş etmədən avtobusa daxil olur və sürücü mikrafonla sərnişinə xəbərdarlıq edir. Bundan sonra qəzəblənən sərnişin ictimai yerdə kifayət qədər yaşı olan sürücünü nalayiq sözlərlə təhqir etməyə başlayır və onun üzərinə gəlir. Ətrafadakı sərnişinlər müdaxilə etdikdən sonra sərnişin yenə ödəniş etmədən geri qayıdır və sürücü bununla bağlı yaxınlıqdakı xətt dispetçerini dəvət etmək üçün avtobusu tərk edir. Bundan sonra hadisə yerinə polis əməkdaşları dəvət olunur və bunu görən həmin sərnişin dərhal tələsik şəkildə avtobusu tərk edir.