Putin idmançılardan üzr istədi

31 Yanvar 2018 17:59 (UTC+04:00)

AzNews.az "Report"a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Pxençxanda keçiriləcək "Qış Olimpiya Oyunları-2018"də ölkəni təmsil edəcək idmançılarla görüşü zamanı deyib.

V.Putinin sözlərinə görə, Rusiya həmişə təmiz rəqabət ideyasını dəstəkləyib.

Prezident həmçinin "Qış Olimpiya Oyunları-2018"ə gedən idmançılara uğurlar arzulayıb və onları fikirlərini yalnız idman mübarizəsinə yönəltməyə çağırıb.

Qeyd edək ki, ötən il dekabrın 5-də Beynəlxalq Olimpiya Komitəsi Rusiya milli komandasını Olimpiadadan kənarlaşdırıb. Ümumdünya Antidopinq Agentliyinin apardığı araşdırmalarla əlaqəli olmayan rusiyalı idmançılar isə Oyunlarda himn olmadan və Olimpiya bayrağı altında çıxış edəcəklər.