35 yaşlı ulduz hamilədir

1 Fevral 2018 09:47 (UTC+04:00)

AzNews.az xəbər verir ki, “Fargo” filminə bərabər çəkilən Kirsten Dunst və Jesse Plemons valideyn olmaq həyəcanını yaşayırlar. Dunst Rodartenin payız-qış 2018 portret sərgisi üçün kamera qarşısına keçərək hamilə olduğunu bəyan edib. 35 yaşlı ulduz markanın yeni kolleksiyası üçün hamiləlik pozu verib.

Kirsten Dunst müsahibələrinin birində “Artıq övlad sahibi olmaq və ailə qurmağın vaxtı gəlib. Bu saf sevgi çox xoşuma gəlir və istədiyim şeyin bir ‘uşaq’ olduğuna qərar verdim” ifadələrini işlətmişdi.