“YAP-ın öz namizədini açıqlaması şayiələrə son qoydu” - Politoloq

1 Fevral 2018 11:59 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Yeni Azərbaycan Partiyasının 2018-ci ildə prezidentliyə namizədinin adının açıqlanmasını şərh edərkən deyib. O, dövlət başçısının strateji baxımdan doğru qərar verdiyini deyib:

Politoloqun fikrincə, hakimiyyətin namizədinin kim olacağı ilə bağlı qərarın çox uzadılması əlverişli deyildi, bu, qeyri-müəyyənlik yaradırdı. Bundan sonra artıq hakimiyyət komandası üçün fəaliyyət istiqaməti tam aydınlaşacaq və bu qərara uyğun işlər aparılacaq: "Bu açıqlama ilə monolitlik qorundu. Əlbəttə ki, Əli Əhmədovun açıqlaması razılaşdırılmış qərarın anonsu idi və başqa cür olması da çətin idi”.

Elxan Şahinoğlu qeyd edib ki, dövlət başçısı böyük iqtisadi, enerji və nəqliyyat layihələrin başlanğıcını qoyub və o layihələrin sona qədər həyata keçirilməsinə özünün nəzarəti daha məqsədəuyğun olardı.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) 2018-ci ildə prezidentliyə namizədinin adını açıqlayıb. YAP-ın icra katibi, baş nazirin müavini Əli Əhmədov hakim partiyanın prezidentliyə namizədinin dövlət başçısı İlham Əliyevin olduğunu bildirib.

Bahar RÜSTƏMLİ
AzNews.az