AzNews.az xəbər verir ki, Baş qərargahdan alınan əməliyyatla əlaqədar ən son məlumatlara əsasən Afrinin müxtəlif bölgələrinə xüsusilə də, Darmık dağına qarşı əməliyyatda dünən 78 terrorçu zərərsizləşdirilib. Hava qüvvələri tərəfindən həyata keçirilən hava əməliyyatları çərçivəsində PKK / KCK / PYD-YPG və İŞİD terror təşkilatlarının sığınacaq, döyüş sursatı və silah yerləri kimi istifadə edilən 18 hədəfi məhv edilib. Əməliyyatda iştirak edən təyyarələr təhlükəsiz olaraq öz bazasına dönüb.