Bunu AzNews.az-a açıqlamasında İrəvan Dövlət Dram Teatrının direktori İftixar Priyev deyib. Onun sözlərinə görə, Sərvər Əliyev illər öncə ürəyindən əməliyyat olunub:
“Həmin vaxt ürəyinə 6 stend qoyulub. Dünən işə gələndə özünü pis hiss edirdi. Soruşanda “yolda bir az narahatlıq hiss etdim” - deyə bildirdi. həkimə aparmaq istədim, razı olmadı. Ciddi bir şey olmadığını, bu gün öz həkiminə gedəcəyini bildirdi. Bir az bundan əvvəl danışdıq, vəziyyətini soruşdum, həkimi ona dərmanlar yazdığını dedi. Bildirdi ki, vəziyyəti stabildir, evlərinə gedib”.
Qeyd edək ki, İrəvan Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar artist Sərvər Əliyevin səhhəti pisləşməsi haqda mətbuatda xəbərlər yayılmışdı.
Bahar RÜSTƏMLİ
AzNews.az