AzNews.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Stansiyada təhlükəsizlik xidmətində işləyən 29 yaşlı hərbçi tualetə girərək intihar edib. İntiharın səbəbi hələ ki, məlum deyil. Hadisənin təfərrüatları gəncin intiharının yaxınlarına bildirilmədiyi üçün açıqlanmır. Hadisə baş verdiyi "Barberini" metro stansiyası təxminən 1,5 saatdır ki, bağlıdır. Agentliyin məlumatına görə, tezliklə stansiya açılacaq, lakin tam olaraq nə vaxt açılacağı dəqiqləşdirilməyib.