Afrindən Türkiyəyə atılan raket restorana düşüb

1 Fevral 2018 19:48 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Suriyanın Afrin bölgəsindən atılan raket şəhərdəki restoranlardan birinə düşüb.

Hadisə nəticəsində yaralananların olduğu bildirilir.

Qeyd edək ki, bu gün ərzində Suriya ərazisindən Türkiyəyə daha iki raket atılıb.

Dünən isə Suriyadan Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonuna atılan raketin partlaması nəticəsində 17 yaşındakı Fatma Avlar adlı qız yatdığı yerdə ölüb.

Xatırladaq ki, Türkiyə Ordusu Afrində əməliyyat keçirir.