Baltanın sapı sinəsinə sancıldı - Bakıda bədbəxt hadisə

2 Fevral 2018 09:16 (UTC+04:00)

"Report" xəbər verir ki, Buzovna qəsəbəsində 1968-ci il təvəllüdlü Dadaşov Vahid Hacıdadaş oğlu odun doğrayarkən balta sapından çıxaraq onun döş qəfəsinin sağ yarısına batıb.

Ağır xəsarət alan kişi xəstəxanaya yerləşdirilib.

Həkimlər cərrahi əməliyyat etdikdən sonra V.Dadaşov xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

AzNews.az