Türkmənistan prezidenti Azərbaycanı mühüm tərəfdaş sayır

2 Fevral 2018 09:24 (UTC+04:00)

APA-nın “Turkmenportal”a istinadən verdiyi xəbərə görə, bunu Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov deyib.

Q.Berdımuhammedov vurğulayıb ki, iki ölkə arasında yüksək səviyyədə əldə edilmiş ikitərəfli razılaşmaların uğurla həyata keçirilməsi üçün müvafiq qurumların əlaqəli fəaliyyət göstərməsi zəruridir.

Türkmənistan dövlət başçısı bildirib ki, Xəzər dənizi dostluq və beynəlxalq əməkdaşlıq dənizi olmalı, ərazisində sülh və beynəlxalq əməkdaşlığa yönəlmiş geniş miqyaslı işlər aparılmalıdır.

AzNews.az