Aygün Natavanla barışığını saxta adlandıranlara cavab verdi - Fotolar

2 Fevral 2018 12:18 (UTC+04:00)

Axşam.az-ın məlumatına görə, müğənni əvvəlcə fotokameralar qarşısına keçərək şəkillər çəkdirib. Kazımova daha sonra ona ünvanlanan suallara qısa cavab verərək, tələsik zala daxil olub.

Aygün müğənni Natavan Həbibi ilə barışıqlarından danışıb. O bildirib ki, bu, süni yox, gerçək barışıq idi:

“Hamıya belə səmimi barışıq arzu edirəm”.

Bir müddət əvvəl plastik əməliyyat etdirən Kazımovanın günü-gündən arıqlaması da diqqətdən qaçmayıb. Qara uzun libas geyinən müğənni yenə də xeyli çəki atıb.

AzNews.az