Makronun Rusiyaya səfəri gözlənilir

2 Fevral 2018 13:41 (UTC+04:00)

AzNews.Az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, o, forumdan əvvəl Moskvaya səfər edəcək.

Bu barədə Rusiyanın Fransadakı səfiri Silvie Berman Moskva vilayətinin qubernatoru Andrey Vorobyovla görüşündə bildirib.

"Bu il Fransa prezidenti may ayında Sankt-Peterburqda keçiriləcək iqtisadi forumda iştirak edəcək və bundan əvvəl Moskvaya ikitərəfli səfər edəcək", - Bermann deyib.

Oktyabr ayında Rusiyanın xarici işlər naziri Sergey Lavrov Makronu Rusiyaya səfərə dəvət etmişdi.