ABŞ Dövlət Departamentinin nümayəndəsi Bakıya gələcək

2 Fevral 2018 13:54 (UTC+04:00)

ABŞ-ın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, Syu Saarnio Bakıda fevralın 15-də baş tutacaq Cənub Qaz Dəhlizi layihəsinin Məşvərət Şurasının dördüncü iclasında iştirak edəcək.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin Məşvərət Şurasının birinci iclası 2015-ci il fevralın 12-də, ikinci iclası 2016-cı il fevralın 29-da, üçüncüsü isə ötən il fevralın 23-də baş tutub.

AzNews.az