Kürdlər Türkiyənin cənubuna raket atdılar

2 Fevral 2018 17:48 (UTC+04:00)

AzNews.Az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, hücum nəticəsində bir nəfər həlak olub, yeddi nəfər yaralanıb.

Raket hücumları səbəbiylə Reyhanlı və Kilisdə həlak olan 9 nəfər haqqında bu gün türk mətbuatı məlumat verib.

Ankaranın Afrindəki hərbi əməliyyatlarının 12-ci günündə kürdlər Suriya sərhədində 82 raket buraxdıqlarını bildiriblər. Hücum zamanı beş nəfər ölmüş, yüzdən çoxu yaralanmışdı.

Ankara yanvarın 20-dən bu yana Afrində hərbi əməliyyat keçirir. Türkiyə tərəfində "Suriya Azad Ordusu"nun döyüşçüləri də var.