Prezident bu dəfə doğrudan öldü

6 Mart 2013 08:20 (UTC+04:00)



1999 – cu ildən bəri ölkəni idarə edən Çaves 58 yaşında həyatla vidalaşdı.

Çavesin ölüm xəbərini Venesuela prezidentinin köməkçisi Nikolas Maduro elan edib. Dövlət Televiziyasına açıqlama verən köməkçi Çavesin yerli vaxtla 16:25-də dünyasının dəyişdiyini bildirib. 2 ildir ki, xərçənglə mübarizə aparan Çaves 4 dəfə əməliyyat edilsə də, onun həyatının xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bir neçə gen əvvəl yayılan məlumatlara görə, Çaves hələ ötən il dekabrın 31-də dünyasını dəyişmiş, ancaq bu barədə xəbər gizlədilmişdi.

Prezidentin ölümü ilə əlaqədar olaraq Venesuelada 7 günlük matəm elan edilib.

Elnarə Əlosmanqızı
AzNews.az