"Mənim vəzifəm Azərbaycanın daha da inkişafına kömək etməkdir" - Sekuta

2 Fevral 2018 19:29 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Bakı Şəhər Halqası İllik Gənclər Forumunda çıxışı zamanı bildirib.

Səfir forum zamanı bu gün Gənclər gününü qeyd edən gənclərə öz həyat təcrübəsini bölüşərək, uğur sirrlərindən danışdı:

"Georgetown universitetində təhsil alarkən, müxtəlif sahələrdə çalışıb, təcrübə qazanmışam. Kiçik yaşlı uşaqların bərpa prosesi programında işləmişəm. Bu mənim üçün faydalı bir təcrübə idi. Mən diplomat kimi danışıqlar aparmağı uşaqlardan öyrənmişəm.

Gəncləriniz ingilis dili öyrənir, təhsilə önəm verir. Məhz bütün bunlar sizin karyeranızdakı inkişafınıza səbəb olacaq. Azərbaycan və ABŞ arasında əlaqələrin, mədəniyyətlərarası dialoqun inkişafı üçün gənclər düşünməli, yeni ideyalar irəli sürməlidir."