AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonda “Kraz yolu” adlanan yolunda baş verib.
Hərəkətdə olan “VAZ 2106” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 4 nəfər xəsarət alıb. Onlar Şəmkir rayon Mərkəzi xəstəxanaya yerləşdiriliblər. Yaralılardan 3 nəfərə yardım göstərilib və onların vəziyyəti normal olduğu üçün evə buraxılıblar.
Bir nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.