Futzal millimiz Fransaya qalib gəldi

2 Fevral 2018 22:49 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Fransa yığmasını 5:3 hesabı ilə məğlub edən yığma komanda ikinci görüşün nəticəsindən aslı olmayaraq növbəti mərhələyə vəsiqə qazanıb.

Fransa yığması isə 2 oyuna 1 xal toplayıb. Millimiz növbəti matçda İspaniya ilə qarşılaşacaq.