Dünən ölkədə 97 cinayət faktı qeydə alınıb

3 Fevral 2018 09:10 (UTC+04:00)

AzNews.az xəbər verir ki, məlumatda Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 97 cinayət faktının qeydə alındığı, onların da 27-nin “isti izlər”lə açıldığı qeyd edilib. Axtarışda olduğuna görə 21 nəfər saxlanılaraq aidiyyətı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.