Ankarada baş verən partlayış terror aktı imiş

3 Fevral 2018 09:14 (UTC+04:00)

Trend-in Türkiyə KİV-lərinə istinadla verdiyi məlumata görə, bu barədə Ankara valisi Ercan Topaca deyib.

Partlayışın, bomba mexanizmindən istifadə edilərək gerçəkləşdirildiyi aşkar edilib. Bombanı quraşdıran şəxs öldürülərək ələ keçirilib. Hadisə ilə bağlı 8 nəfər saxlanılıb.

Terror hücumunda PKK/YPG-in izi olduğu bildirilir.

Polis və xüsusi xidmət orqanları, partlayışdan sonra, təhlükəsizlik kamerası görünütülərini araşdırıb. Görüntülərdə, bir nəfərin partlayıcı qurğu olan çantanı Vergi İdarəsinin girişinə qoyduğu müəyyən edilib.

Təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində bombanı Vergi İdarəsinin girişinə qoyan, 1991-ci il təvəllüdlü Ersen Ertogan öldürülüb.

Ertogana yardım etdikləri müəyyən edilən iki nəfər isə Osmaniye-də saxlanılıb.

Xatırladaq ki, daha öncə partlayışın qaz sızmasından baş verdiyi bildirilirdi.

AzMews.az