Prodüserdən onu ittiham edən müğənniyə cavab: “Dövlətini pisləyən cındır...”

3 Fevral 2018 11:20 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Tolik Nadir Qafarzadəni "cındır" adlandırıb:

“Bəzi cır-cındırın yanında ayıb işimi yoxdur. Söz atıb sübut etmiyənin... Kişiliyin varsa, atdığın sözləri sübuta yetir. Sən hələ özünü tanı, gör kimsən? Dövlətini, ölkəsini pisləyən biri hələ bir kiməsə hədə də gəlir. Xox, qorxdum. Amma mən ağzımı açsam kimin kişi, kiminsə pis kişi oluğunu desəm, bax, onda görüm qarşımda kim duracaq”.

Xatırladaq ki, ötən gün “Hər şey daxil” verilişininin aparıcısı Tarix Əliyev (Tolik) xalq artisti Nazpəri Dostəliyevanın başına tac qoyub. Onun bu hərəkəti mərhum sənətkar, xalq artisti İlhamə Quliyeva tərəfdarlarının narazılığına səbəb olub.

Tolikin bu hərəkətini İlhamə Quliyeva sənətinə qarşı xəyanət hesab edən müğənni Nadir Qafarzadə sosial şəbəkədə mərhumun fotosunu paylaşaraq onun altında “Mənim ilk və son taclı sənətkarım” şərhini yazıb. Daha sonra müğənni Toliki qadın alverində ittiham edib.

Bahar RÜSTƏMLİ

AzNews.az