69 yaşlı prezident ata oldu

3 Fevral 2018 14:41 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə prezident öz "Facebook" səhifəsində məlumat verib.

"Biz indi balaca bir oğlanının valideynləriyik", - deyə o bildirib.

Interfax informasiya agentliyinin məlumatına görə, uşaq dünən axşam saat 8-də Helsinkidə Qadın Klinikasında (Naistenklinikka) doğulub. Prezidentin də doğuşda iştirak etdiyi və körpənin vəziyyətinin yaxşı olduğu bildirilir. Bu evlilik 69 yaşlı prezidentin ikinci nikahıdır. Onun birinci həyat yoldaşı 1995-ci ildə avtomobil qəzasında həlak olub. Birinci evliliyindən Nauti və Matias adlı iki oğlan övladı var. Prezident 2009-cu ildə 40 yaşlı şairə Jenni Haukio ilə ailə həyatı qurub. Sauli Niinistö Finlandiya tarixində prezidentliyi dövründə ata olan yeganə şəxsdir. Bu uşaq onun 3-cü uşağıdır. Amma, həyat yoldaşının ilk övladıdır.

Sauli Niinistö yanvarın 28-də yenidən ölkə prezidenti seçilib və fevralın 1-də vəzifəsinin icrasına başlayıb. O, 67,2 faiz səslə 7 rəqibini xeyli qabaqlayıb və seçkilərin ilk turunda qələbə qazanıb.