İlham Əliyev Şri-Lankanın prezidentinə məktub göndərdi

3 Fevral 2018 17:20 (UTC+04:00)

AzNews.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına əmin-amanlıq və rifah diləyirəm".