İtlər daha çox kimi dişləyir? - Araşdırma

3 Fevral 2018 17:52 (UTC+04:00)

Bu barədə Epidemiologiya və Cəmiyyət Sağlamlığı Jurnalının internet saytında dərc edilən hesabatda bildirilir. Araşdırmaya əsasən çox hallarda itlər öz sahiblərini deyil, yad insanları, xüsusilə əhvalı pis olan insanları dişləyir. Alimlər həmçinin qeyd edirlər ki, itlərin təcavüzkar reaksiya ehtimalı "qurbanın" yaşına nisbətdə artır.

Testdə iştirak edən 694 iştirakçıdan dörddə birinə (172 nəfər) ən azı bir dəfə də olsa hücum edilib. Həm də məlum olub ki, kişilər ev heyvanı olmayan insanlardan 1,8 dəfə çox dörd ayaqlıdan qorxurlar, ev heyvanına sahib olanlar isə ev heyvanı olmayanlardan 3,3 dəfə çox qorxurlar.

Sorğu İngiltərənin şimal-qərbində yerləşən Çeşir sakinləri arasında aparılıb. Respondentlər psixoloji sorğu anketini tamamlayıblar və itin onlara hücum edib-etmədiyini bildiriblər.

AzNews.az