AzNews.az xəbər verir ki, turun təşkilatçısı bununla bağlı bəyanat yayıb. Pop ulduzun fiziki olaraq canlı bir konsertdə çıxış etmək imkanının olmadığı bildirilib. "Dünən gecə Ledi Qaqa həkimlər ilə sağlamlığını müzakirə etdi və konserti ləğv etmək üçün çətin bir qərar verdi" deyə bəyanatda bildirilib.
Ledi Qaqa özü də Twitter hsabından pərəstişkarlarından bunun üçün üzr istəyib və bu vəziyyətdən kədərləndiyini bildirib, lakin sağlamlığının təcili olaraq yaxşılaşması üçün lazım olduğunu yazıb.