Tovuzda 4 otaqlı ev yanıb

4 Fevral 2018 10:35 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Tovuz rayonu, Böyük Qışlaq kəndində ümumi sahəsi 112 m2 olan ikimərtəbəli 4 otaqlı evin birinci mərtəbəsində taxta konstruksiyalardan ibarət pilləkən 6 m2sahədə yanıb.

Yanğından evin qalan hissəsi mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.