"Real Madrid" - "PSJ" oyununa biletlər cəmi 37 dəqiqəyə satıldı

4 Fevral 2018 10:26 (UTC+04:00)

AzNews.az Sports.ru-ya istinadən xəbər verir ki, hazırda biletlər yalnız müxtəlif proqramlarda ikinci əldən satılır. Məsələn, "StubHub"da qiymətlər 300 - 24080 avro arasında dəyişir.

Madrid klubu dəfələrlə bu kimi təşəbbüslərə qarşı çıxıb. Bundan əlavə, əldən bilet alan fanatların stadiona girişinə zəmanət verilmir.

Qeyd edək ki, "Real Madrid" - "PSJ" matçı fevralın 14-də "Santyaqo Bernabeu" stadionunda baş tutacaq. Cavab görüşü martın 6-nda "Park de Prens" də keçiriləcək.