Elza Seyidcahan Səməd Vurğuna şeir həsr etdi

4 Fevral 2018 21:10 (UTC+04:00)

AzNews.az Lent.az-a istinadən həmin şeiri təqdim edir:

Qoy nəğmə deməyə bülbül tələssin

Gəzdiyi, gördüyü üç aydır, şair

Sənin ki, kükrəyən ilhamın, səsin

Məcraya sığmayan bir çaydır, şair

Könlü qar gəzənlər tələssin dağa

Dağın tələsməsi, məncə, əbəsdir

Dənizlər can atsın ümman olmağa

Ümmanın öz suyu özünə bəsdir.

Qəlbin od gəzmədi şaxta kəsəndə

Söylədin, hər fəslin öz aləmi var

Dedin, tələssən də, tələsməsən də

Yenə öz vaxtında gələcək bahar

Gah oldu oylağın Göyəzən dağı

Sözünlə açıldı ayın qabağı

Əsil bayramını bayramqabağı

Elədi görəndə gözəllər səni

Sazına Vaqifin səsimi gəldi?

Səsindən baharın nəsimi gəldi

Alqışa Füzuli, Nəsimi gəldi

Eşqə gətirəndə qəzəllər səni

Tələsən atlılar yolda qalacaq

Aramla gedənlər çox getdi ancaq

Görməyə tələsdi səni bağça-bağ

Bənövşə üzəndə tələsmədin sən