Yaponiya ABŞ-ın yeni nüvə doktrinasını dəstəklədi

5 Fevral 2018 09:23 (UTC+04:00)

AzNews.Az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Yaponiya XİN-in nümayəndəsi bildirib:

"Bu, nüvə silahlarının inkişafında rəqibləri dayandırmaqda təsirlidir və ABŞ-ın Yaponiya, o cümlədən müttəfiqlərini qorumaq qabiliyyətini artırır".

Daha əvvəl, Pekin Amerikanın nüvə təlimini tənqid edərək, Vaşinqtonun Çinin nüvə potensialı təhlükəsini qabartdığını bildirib.

Rusiya Xarici İşlər Nazirliyi isə ABŞ-ın nüvə təlimini ikiüzlü və anti-Rusiya adlandırıb.