Ov tüfəngi ilə güllələndi - Borca görə + Yenilənib

5 Fevral 2018 12:36 (UTC+04:00)

DİN-dən AzNews.az-a verilən məlumata görə, fevralın 4-də Xaçmaz rayonunun Çarxı kəndində kənd sakini Ehtiram Hidayətov münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Əfqan Cəfərova xəsarət yetirmişdir. Ə.Cəfərov hadisə yerində ölüb. E.Hidayətov könüllü RPŞ-yə gələrək təslim olub.

Xaçmaz RPŞ əməkdaşları tərəfindən onun evinə baxış zamanı “İJ-54” markalı tüfəng aşkar edilərək götürülüb.

***

09:54

Xaçmaz rayonunda qətl hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Şarxı kəndində qeydə alınıb.

Kənd sakini 1973-cü il təvəllüdlü Hidayətov Ehtiram Əliyar oğlu həmkəndlisi, 1973-cü il təvəllüdlü Cəfərov Əfqan Malik oğlunu borca görə düşən mübahisə zamanı özünə məxsus ov tüfəngi ilə qətlə yetirib.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

AzNews.az