Ofisiant kafedə özünü öldürdü

5 Fevral 2018 10:02 (UTC+04:00)

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Qəçrəş qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisindəki kafelərdən birində ofisiant işləyən, 1997-ci il təvəllüdlü Kamal Bəxtiyar oğlu Xanmədov kafedə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az