Məktəbli qız qaçırıldı

5 Fevral 2018 10:42 (UTC+04:00)

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Lənbəran kəndində baş verib. Kənd sakini 1995-ci il təvəllüdlü Əzizov Nəcməddin Cəmaləddin oğlu həmkəndlisi 2002-ci il təvəllüdlü H.M-ni qaçırıb. H.M. ailə qurmaq məqsədi ilə N.Əzizova qoşulub qaçsa da, ailə bu izdivaca narazıdır.

Lənbəran kənd icra nümayəndəsi Qaraş Hacıyevin verdiyi məlumata görə, cütlüyün axtarışı davam etdirilir.

AzNews.az