Hollandiya Türkiyədəki səfirini geri çağırdı - Yenilənib

5 Fevral 2018 21:42 (UTC+04:00)

AzNews.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə hökumətinin sözçüsü Bəkir Bozdağ bəyan edib.

«Səfirin geri çağırılması əlaqələrin kəsilməsi demək deyil. Türkiyə ilə Niderland arasında diplomatik əlaqələr kəsilməyib», deyə B.Bozdağ qeyd edib. O, yaxın gələcəkdə mövcud vəziyyətin həll olunacağına ümid etdiyini vurğulayıb.

---

Hollandiya Türkiyədəki səfirini rəsmi olaraq geri çağırdığını açıqlayıb.

AzNews.Az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, beləliklə, iki ölkə arasında diplomatik münasibətlər kəsilib.