AzNews.Az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, BMT-nin Uşaqlara Kömək Fondunun (UNICEF) Orta Şərq və Şimali Afrika üzrə regional direktoru Gert Kappelaer verdiyi açıqlamada Yaxın Şərq və Şimali Afrikadakı qarşıdurmaların yanvar ayında "qəhredici səviyyədə uşaq ölümlərinə" səbəb olduğunu qeyd edib.
Uşaqların davam edən qarşıdurmalarda, intihar hücumlarında, soyuqda və döyüşdən qaçarkən həyatını itirdiyini bildirən Kappelaer "Suriyada artan qarşıdurmalarda 59 uşaq son 4 həftə içində öldürüldü" ifadəsini işlədib.