Ən zəngin çinli pulun faydasız olduğunu iddia etdi

5 Fevral 2018 17:23 (UTC+04:00)

AzNews.Az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, AliExpress onlayn mağazasını əhatə edən "Alibaba Group" şirkətinin rəhbəri və qurucusu Cek Ma yalnız universitetdən məzun olduqdan sonra ilk pul qazananda daha məmnun olduğunu söyləyib. Sonra Ma yerli bir universitetdə ingilis dili müəllimi işləyib və indi həmin günləri "həyatın ən yaxşı anları" hesab edir.

2015-ci ildə Nyu-Yorkun İqtisadi Klubunda çıxış edərək, yalnız bir milyon dollardan az sərvəti olanların pul xərcləyə biləcəyini qeyd edib: "Və milyardlar artıq sənə aid deyil... Mənim hazırki vəziyyətim sadəcə məsuliyyətdir. Bu, insanların etibarını təmin edir ".

Cek Manın sərvəti təxminən 47,2 milyard dollardır. O, Çinin ən zəngin sakinidirvə pulun faydasız olduğunu iddia edir.