Ova gedən ata öz oğlunu vurdu

6 Fevral 2018 13:51 (UTC+04:00)

AzNews.Az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, faciə fevralın 3-də Şpakovo rayonunun Timlyanski kəndi yaxınlığında baş verib. Belə ki, məktəbli atası ilə ovda idi. Bu zaman ata tüfəngini yenidən doldurub və təsadüfən oğluna atəş açıb. Yaralanan uşaq yerindəcə ölüb.